SOCAR qazma işlərinin həcmini azaldıb

Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 15 min metrdən artıq qazma işləri aparıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər azdır. 

Azalma koronavirus (COVID-19) pandemiyası nəticəsində dünyada neftə tələbatın aşağı düşməsi və OPEC+ razılaşması çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədardır.

Hasilat əsasən rentabelliyi aşağı olan qurudakı yataqlarda məhdudlaşdırılıb və müvafiq olaraq qazma işlərinin də həcmi azaldılıb.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31