Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 21 min 597 metr qazma işləri həyata keçirilib.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin 2-ci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Məlumata görə, ötən ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə SOCAR qazma işləri 2 min 767 metr və ya 14,7 % çoxdur.
Xatırladaq ki, 2023-cü ilin ikinci rübündə SOCAR tərəfindən 18 min 830 metr qazma işləri aparıb.