Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1 milyon 920 min 491 ton neft, 2 milyard 205 milyon 352 min kubmetr təbii qaz hasil olunub.
Bu barədə “Report” SOCAR-ın bu ilin birinci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqlamasında deyilir.
Bildirilib ki, neft hasilatı nisbətən sabit qalsa da, qaz hasilatında əvvəlki illə müqayisədə 15 % artım qeydə alınıb.
Ölkə üzrə ümumilikdə 7 milyon 720 min 101 ton neft və 12 milyard 159 85 min kubmetr qaz hasil edilib. Ümumilikdə ölkə üzrə qaz hasilatı 3 % artıb.