Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1 milyon 930 min 974 ton neft, 2 milyard 235 milyon 127 min 300 kubmetr təbii qaz hasil olunub.
Bu barədə “Report” SOCAR-ın bu ilin aprel-iyun aylarına dair qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqlamasında deyilir.
Bildirilib ki, neft hasilatı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 % azalıb, qaz hasilatında isə 14,3 % artım qeydə alınıb.
Ölkə üzrə ümumilikdə 7 milyon 474 min 541 ton neft və 11 milyard 904 milyon 762 min 500 kubmetr qaz hasil edilib. Ümumilikdə ölkə üzrə neft hasilatı 8 % azalıb, qaz hasilatı 2,5 % artıb.