Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 923 milyon 702 min 845 kubmetr qaz emal edilib.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin I rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatında deyilir.
Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 31 milyon 372 min 845 kubmetr və ya 3,5 % artıb.
Hesabat dövründə SOCAR 1 milyon 654 min 301 ton neft emal edib. Bu, ötən ilin birinci rübünün göstəricisi ilə müqayisədə 13 min 083 ton və ya 0,8 % azdır.