"SOCAR Polymer"in Yüksəksıxlıqlı Polietilen Zavodu dekabrda açılacaq

Bakı. 5 oktyabr REPORT.AZ/ "SOCAR Polymer" layihəsinin illik istehsal gücü 120 min ton nəzərdə tutulan Yüksəksıxlıqlı Polietilen Zavodunun bu ilin dekabr ayında istehsala başlaması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu "SOCAR Polymer" MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, zavodun bu il dekabr ayının ortalarında, yaxud da sonunda istismara verilməsi nəzərdə tutulub.

O, zavodun məhsullarının əksər hissəsinin ixrac olunacağını, 35-40%-nin isə daxili tələbata yönəldiləcəyini qeyd edib.

Digər xəbərlər

Bakının 3 rayonunda qaz olmayacaq 23 dekabr, 2025 / 09:45
Mərdəkanda işıq olmayacaq 23 dekabr, 2025 / 09:06