“SOCAR Petroleum” yeni “CNG Novruz” kampaniyasına start verib.
“SOCAR Petroleum”dan “Report”a verilən məlumata görə, 25 martadək avtomobillərinə “CNG AUTOGAS” tərəfindən sıxılmış təbii qaz avadanlığı quraşdıran sürücülərə 200 manatlıq yanacaq kartı hədiyyə olunacaq.
Quraşdırma işləri Bakı-Zabrat şosesi, SOCAR yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən “CNG AUTOGAS” tərəfindən həyata keçirilir.