Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədəki müəssisələrində istehsal olunan 495 min 518 ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin I rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatında deyilir.
Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17 min 393 ton və ya 3,6 % artıb.
Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında SOCAR ölkə müəssisələrində istehsal edilən 478 min 125 ton neft, neft-kimya və qaz-kimya məhsulları ixrac edib.