Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələrində istehsal olunan 569 min 804 ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
“Report” bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları 89 min 221 ton və ya 13,5 % azalıb.
Qeyd edək ki, 2024-cü ilin aprel-iyun aylarında SOCAR-ın müəssisələrində istehsal edilən 659 min 025 ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.