SOCAR neft emalını 2 %-ə yaxın azaldıb

Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1 milyon 547 min 618 ton neft emal edilib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin 2-ci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Məlumata görə, bu, ötən ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 27 min 702 ton və ya 1,8 % azdır.

Qeyd edək ki, 2023-cü ilin aprel-iyun aylarında SOCAR tərəfindən 1 milyon 575 min 320 ton neft emal edilib.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 13 dekabr, 2025 / 10:39