SOCAR neft emalını 10% artırıb

Bu ilin i rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yerli emal kompleksində 1,6 milyon ton neft, 948 milyon kubmetr təbii qaz emal olunub.

“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2022-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqlamasında bildirilir.

Məlumata görə, neft emalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 % artıb.

Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 561 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 28 fevral, 2026 / 10:36
Azərbaycan nefti ucuzlaşıb 26 fevral, 2026 / 09:40