SOCAR-ın xalis mənfəəti 6 dəfəyə yaxın artıb

Bakı. 14 iyun. REPORT.AZ/ Audit olunmuş maliyyə hesabatlarına əsasən, 2017-ci ildə SOCAR ümumi gəlirlərini 78 faiz artıraraq, 92,6 mlrd. manata çatdırıb.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Şirkətin xalis mənfəəti 2016-cı illə müqayisədə 6 dəfəyə yaxın artıb və 2,09 mlrd.manata yüksəlib. SOCAR ümumi aktivlərini 16 faiz yüksəldərək 61,3 mlrd. manata çatdırıb. 

Ümumilikdə, hesabat ilində şirkətin maliyyə nəticələri neft sənayesi böhranından əvvəlki səviyyəni üstələyib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31