Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti cari ilin 6 ayı ərzində 27 quyuda qazma işlərini başa çatdıraraq mədənçilərə təhvil verib.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkədəki rəsmi səhifəsində qeyd edilib.
Bildirilib ki, quyuların 48%-i (13 quyu) “Neft Daşları” yatağının payına düşür.