Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 18 min 830 metr qazma işləri həyata keçirilib.
“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2023-cü ilin aprel-iyun aylarında qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı məlumatlarda deyilir.
Bu, 2022-ci ilin ikinci rübünün göstəricisi ilə müqayisədə 1 044 metr və ya 5,25 % azdır.
Xatırladaq ki, 2022-ci ilin ikinci rübündə SOCAR tərəfindən 19 min 874 metr qazma işləri həyata keçirilib.