Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 89,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Bu, 2023-cü ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 1,3 milyon ABŞ dolları və ya 1,44 % azdır.
Qeyd edək ki, bu ilin I rübü ərzində Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 673,7 milyon ABŞ dolları təşkil edib.