Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 309,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.
Bildirilir ki, bu, 2023-cü ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 38 milyon ABŞ dolları və ya 14 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 % artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.