SOCAR ikinci rübdə qaz hasilatını 8 %-dən çox artırıb

Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyard 969 milyon 670 min kubmetr qaz hasil olunub.

“Report” bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 154 milyon 217 min kubmetr və ya 8,5 % çoxdur.

Ölkə üzrə isə qaz hasilatı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 170 milyon 864 min kubmetr və ya 1,4 % artaraq 12 milyard 692 milyon 215 min kubmetr təşkil edib.

Xatırladaq ki, ötən ilin ikinci rübündə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyard 815 milyon 453 min kubmetr qaz hasil olunub, ölkə üzrə 12 milyard 521 milyon 351 min kubmetr qaz çıxarılıb.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 06 fevral, 2026 / 09:06