Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən şirkətin emal kompleksində 862 milyon 008 min 274 kubmetr qaz emal edilib.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin 2-ci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Məlumata görə, dövr ərzində emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 477 min 815 kubmetr və ya 0,64 % çoxdur.
Qeyd edək ki, 2023-cü ilin aprel-iyun aylarında SOCAR tərəfindən 856 milyon 530 min 459 kubmetr qaz emal edilib.