Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) özünün emal kompleksində 766 milyon 399 min 333 kubmetr qaz emal edib.
“Report” bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən xəbər verir.
Hesabat dövründə emal olunan qaz həcmləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 95 milyon 608 min 941 kubmetr və ya 11,1 % azdır.
Qeyd edək ki, 2024-cü ilin aprel-iyun aylarında SOCAR tərəfindən 862 milyon 008 min 274 kubmetr qaz emal edilib.