SOCAR I rübdə 1,8 mln. ton neft hasil edib

Bakı. 17 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 1 846,1 min ton neft hasil olunub.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərər görə, bu həcmin 624,8 min tonu mart ayının payına düşüb.

Qeyd edək ki, 2016-cı ildə SOCAR-ın neft hasilatı 7 522,4 min ton təşkil edib.

Digər xəbərlər

Sabah Şağanda qaz olmayacaq 01 aprel, 2026 / 17:00