SOCAR I rüb üzrə qazma işlərinin həcmini açıqlayıb

Cari ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 26 min metrə yaxın qazma işləri həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın I rüb üzrə hesabatında qeyd edilib.

Mart ayında təqribən 9 min metr həcmində qazma işləri aparılıb.

Bu ilin I rübündə aparılan qazma işlərinin həcmi ötən ilin müvafiq dövründən 35% azdır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31