SOCAR bu il qazma işlərini 20% artırıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 103 625 metr qazma işi görülüb.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, bunun da 96 250 metri istismara, 7 375 metri isə kəşfiyyata aid olub.

Bu ilin 9 ayında SOCAR-ın həyata keçirdiyi qazma işlərinin həcmi ötən ilin müvafiq dövründən 19,7% çox olub.

Hesabat dövründə SOCAR tərəfindən görülən qazma işlərinin 9 979 metri sentyabrda həyata keçirilib.Bu sahədə görülmüş işlərin 9 042 metri istismara, 937 metri isə kəşfiyyata aid olub.

Ötən ay qazmadan alınmış 4, il ərzində isə 56 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 13 avqust, 2026 / 09:12