SOCAR bu il 5 mlrd. kubmetr qaz hasil edib

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4,999 mlrd. kubmetr həcmində qaz hasil edib.

“Report” Şirkətin statistik məlumatına əsasən, xəbər verir ki, bu həcmin 541,2 mln. kubmetri oktyabr ayının hasilatının payına düşüb.

Hesabat dövründə Azərbaycan üzrə qaz hasilatının həcmi 23 667,4 mln. kubmetr təşkil edib. Bu həcmin isə 2 549,3 mln. kubmetri oktyabr ayında hasil edilib.

Digər xəbərlər