Bu ilin birinci rübündə Azərbaycan ərazisində təbii qaz istehlakı 4 milyard 761 milyon 42 min kubmetr təşkil edib.
Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ilin birinci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqlamasında deyilir.
Bildirilib ki, bu, ötən ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 1 milyon 994 min kubmetr və ya 0,04 % çoxdur.