Bu ilin ikinci rübündə Azərbaycan ərazisində təbii qaz istehlakı 2 milyard 476 milyon 456 min kubmetr təşkil edib.
Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ilin aprel-iyun aylarına dair qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqlamasına istinadən xəbər verir.
Bildirilib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 253 min 340 kubmetr və ya 11,4 % çoxdur.