Cari ilin III rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 145,856 mln. kubmetr qaz ixrac olunub.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında qeyd edilib.
Hesabat dövründə ölkə üzrə ixrac olunan qazın göstəricisi 2,659 mlrd. kubmetr təşkil edib. Bu ilin 9 ayı ərzində xarici bazarlara ölkə üzrə 8,242 mlrd. kubmetrdən, SOCAR üzrə isə 1,104 mlrd. kubmetrdən artıq qaz ixrac olunub.