Səudiyyə Ərəbistanının enerji naziri: "Neft bazarında vəziyyət mürəkkəbdir"

Hazırda neft bazarında vəziyyət çox mürəkkəbdir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib.

"Hazırda mürəkkəb vəziyyət hökm sürür. Biz məhdudiyyətlərin və neft bazarındakı cari vəziyyətin aradan qaldırılması yollarını tapmağa çalışırıq", - o qeyd edib.

Digər xəbərlər