Səudiyyə Ərəbistanında neft kəmərinə hücum nefti bahalaşdırıb

Bu gün Bakı vaxtı ilə saat 16:30-da London birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının iyul fyuçerslərinin qiyməti bir barel üçün 1,57% artaraq 71,33 dollara yüksəlib.

“Report” xəbər verir ki, Nyu-York əmtəə birjasında WTI markalı yüngül neftin iyun fyuçerslərinin qiyməti 1,46% artaraq bir barelə görə 61,93 dollara bərabər olub.

Neftin qiymətindəki artım Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) vasitəsilə neft kəmərlərinə hücumla bağlı xəbərlərlə əlaqələndirilir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31