Şərurun bir neçə kəndində qaz kəsiləcək

Bu gün Şərur rayonunun bir neçə kəndinin təbii qazla təchizatı müvəqqəti dayandırılacaq.

"Report"un yerli bürosunun məlumatına görə, 159 mm boruda sızma aşkar olunması ilə əlaqədar təmir işləri aparılması məqsədilə saat 14:00-dan Kürçülü, Kürkənd, Alışar, Muğanlı, Qorçulu, Şəhriyar və Yengicə kəndlərində qaz kəsiləcək.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40