Səfir: "STAR zavodu açıldıqdan sonra Azərbaycan Türkiyədə ən böyük xarici investor olacaq"

Bakı. 16 oktyabr. REPORT.AZ/ STAR zavodu açıldıqdan sonra Azərbaycan Türkiyədə ən böyük xarici investor olacaq.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib.

"Bu gün Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən böyük investordur. Azərbaycan isə STAR zavodunun açılmasından sonra Türkiyədə ən böyük xarici investor olacaq", - E.Özoral deyib.

Xatırladaq ki, oktyabrın 19-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodunun (NEZ) açılış mərasimi keçiriləcək.

Digər xəbərlər