"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən iyunun 9-da Şərur şəhərində planlı təmir-bərpa işləri aparılacaq.
"Report"un yerli bürosunun məlumatına görə, bununla əlaqədar 110/35/10 kV-luq Şərur yarımstansiyasından qidalanan 3 nömrəli Şərur hava elektrik xəttində enerji verilişi müvəqqəti dayandırılacaq.
Tədbirin məqsədi yenidənqurma işləri çərçivəsində mövcud yerüstü elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəz edilməsi, eləcə də yaşayış evlərinin yaxınlığından keçən və mühafizə zonasına düşən xətlərin təhlükəsizliyinin təmin olunmasıdır.
Bu səbəbdən, iyunun 9-da saat 10:00-dan 12:00-dək Şərur şəhərinin Mikayıl Müşfiq küçəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.