Sabah Naxçıvanın bəzi hissələrində işıq olmayacaq

Sabah Naxçıvan şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr olacaq.

"Report"un yerli bürosunun məlumatına görə, noyabrın 4-də saat 10:00-dan 14:00-dək "Azərişıq" ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən 110/35/10 kV-luq "Naxçıvan" yarımstansiyasından çıxan 20 nömrəli 10 kV-luq elektrik verilişi xəttində təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar şəhərin Səməd Vurğun, Şəhriyar və Xətai məhəllələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20