Sabah Masazırın bir hissəsində işıq olmayacaq

Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bu barədə "Report" "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Qeyd olunur ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 03 oktyabr, 2026 / 08:55
Bakının iki rayonunda qaz olmayacaq 02 oktyabr, 2026 / 08:27
SOCAR Balakhani şirkəti yaradılıb 01 oktyabr, 2026 / 16:49