Sabah Cəlilabadın üç kəndində elektrik enerjisinin verilişi dayandırılacaq

Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, fasilə elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar yaranacaq.

Nəticədə sabah saat 10:00-dan 13:00-dək 110 kV-luq hava elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Cəlilabad rayonunun 3 yaşayış məntəqəsinin (Alar, Günəşli və Sabirabad kəndi) elektrik enerjisi ilə təchizatında fasilə olacaq.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 14 fevral, 2026 / 09:10