Sabah Cəlilabadın bəzi kəndlərində işıq kəsiləcək

Cəlilabad Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq "Cəlayir" yarımstansiyasından qidalanan 35 kV-luq "Ləkin" hava xəttində təmir işləri həyata keçiriləcək.

"Report"un Muğan bürosunun məlumatına görə, saat 10:00-dan 13:00-dək Edişə, Ləkin, Şatırlı, Badamağac, Buravar, Kövüzbulaq, Zəhmətabad, Əsədli kəndlərinin bəzi əraziləri işıqsız qalacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 29 sentyabr, 2026 / 09:57
Bakının iki rayonunda qaz olmayacaq 28 sentyabr, 2026 / 09:40