"S&P" 2025-2027-ci illərdə SOCAR-ın investisiyalarının ildə 3 milyard manata yüksələcəyini gözləyir

"Standard and Poor's" ("S&P) beynəlxalq reytinq agentliyinin baza ssenarisinə əsasən, 2025-2027-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsaslı xərcləri illik təxminən 3 milyard manat təşkil edəcək ki, bu da son iki ilin göstəricilərindən yüksəkdir.

Bu barədə "Report" "S&P"nin hesabatına istinadən məlumat verir.

"Demək olar ki, tamamlanmış "Şahdəniz 2" layihəsi və bu il imzalanmış "Shah Deniz Compression" layihəsi SOCAR-ın əlavə investisiyalar hesabına hasilatın artırılması istiqamətində davam edən səylərini nümayiş etdirir", - sənəddə qeyd olunur.

"S&P"nin baza ssenarisinə görə, agentliyin metodologiyasına uyğun olaraq təshih edilmiş FFO-nun borca nisbəti 2025-2027-ci illərdə 12-15 % diapazonunda qalacaq və mövcud nağd vəsaitlər nəzərə alınmaqla 20 %-i ötəcək. Bununla yanaşı, müsbət sərbəst pul axını (FOCF) illik təxminən 1 milyard manat məbləğində proqnozlaşdırılır.

Agentlik vurğulayır ki, hasilat EBITDA-nın əsas mənbəyi və SOCAR-ın fəaliyyətinin əsas istiqaməti olaraq qalır, buna görə də şirkətin Azərbaycan ərazisində yeni sahələrin işlənməsinə və mövcud aktivlərin genişləndirilməsinə investisiya qoymağa davam edəcəyi gözlənilir.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 11 dekabr, 2025 / 09:44