Tikinti-quraşdırma işləri başa çatdırılmış Qobustan rayonunun yeni yaşayış massivlərindən birinə bu gün təbii qaz verilib.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, 35 abonentin qazla təchizatı üçün müxtəlif diametrli qaz kəmərləri çəkilib, qaz sayğacları quraşdırılıb.