Qazaxıstan iyulda BTC ilə aylıq neft tədarükünü 155 min tona qədər artırıb

Bu ilin iyul ayında Qazaxıstanın "KazTransOil" milli şirkəti Aktau dəniz limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində 155 min ton Qazaxıstan nefti tədarük edib ki, bu da ötən ilin eyni ayının göstəricisindən 11,5 % çoxdur.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Qazaxıstan"a şirkətdən bildiriblər.

Daha əvvəl Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirmişdi ki, 2026-cı ildə BTC sisteminə 2,2 milyon ton neftin nəql edilməsi planlaşdırılır. Bununla belə, o, ilin yekunları üzrə bu marşrutla ixrac həcminin 2,5-3 milyon tona çata biləcəyini istisna etməmişdi.

2025-ci ildə Qazaxıstan BTC neft kəməri ilə 1,2 milyon ton neft ixrac edib.

Digər xəbərlər