Qazaxıstan Energetika Nazirliyi: “OPEC+” ölkələri bu həftə iyulda neft hasilatının artırılacağını elan edəcəklər

İyulda neft hasilatının artırılması ilə bağlı qərar mayın 31-də “OPEC+”ın növbəti görüşündə qəbul ediləcək, lakin dəqiq həcmlər hələ məlum deyil.

“Report” "İnterfaks-Qazaxıstan" agentliyinə istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Alibek Jamauov bildirib.

"İyul ayı üçün neft hasilatının artırılması mayın 31-də elan ediləcək. Artım olacaq, lakin bu gündəlik 400, 500, 600 min barel olacaq - bilmirik, bunu şənbə günü elan edəcəklər", - o vurğulayıb.

Digər xəbərlər