“Qaradağ-Digah” qaz kəmərində bu gün aparılması nəzərdə tutulan təmir işləri təxirə salınıb

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi tərəfindən diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 23-24-cü kilometrlər arasında dayaqlar üzərinə qaldırılması məqsədi ilə bu gün aparılması nəzərdə tutulan təmir-bərpa işləri texniki səbəblərə görə təxirə salınıb.

Bu barədə “Report”a “Azəriqaz”dan bildirilib.

Qeyd olunub ki, hazırda həmin ərazilərə təbii qazın verilişində heç bir məhdudiyyət yoxdur. 

Digər xəbərlər

Sabah Şahbuzda işıq kəsiləcək 27 noyabr, 2026 / 16:38