2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2 milyon 246 min 411 ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edib.
Bu barədə “Report” SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.
Bildirilib ki, bu, 2022-ci ilin göstərici ilə müqayisədə 4 min 312 ton və ya 1,8 % çoxdur.
İxrac olunan məhsullar SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunub.