Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 374,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.
“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayına istinadən xəbər verir.
Bu, 2022-ci ilin göstəriciləri ilə müqayisədə 221,4 milyon ABŞ dolları və ya 40,1 % azdır.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın ümumi ixracı 33,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.