Ötən il Liviyanın neft gəlirləri 14 mlrd. dollar təşkil edib

Bakı. 6 yanvar. REPORT.AZ/ Ötən il Liviyanın neftdən gələn gəlirləri 2016-cı il ilə müqayisədə artıb və 14 milyard dollar təşkil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Liviya Mərkəzi Bankının məlumatlarına istinadən "Franc-Press" məlumat yayıb.

Maliyyə orqanının məlumatına görə, 2017-ci ildə ölkədə karbohidrogen hasilatı sutkada 1 milyon barel göstəricisini ötüb ki, bu da büdcə kəsirini əhəmiyyətli dərəcədə azaldacaq.

Bildirilir ki, neft sektoru Liviya xəzinəsi gəlirlərinin 90 faizə qədərini təmin edir.

Digər xəbərlər

Sabah Şahbuzda işıq kəsiləcək 27 noyabr, 2026 / 16:38