2022-ci il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 70 min 566,68 ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 91 milyon 351,97 min ABŞ dolları təşkil edib.
Bu, 2021-ci illə müqayisədə müvafiq olaraq 16,9 % və 23,9 % azdır.
2022-ci il ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3 %, ölkənin ümumi ixracındakı payı isə 0,24 % olub.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.İllik xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon ABŞ dolları ixracın, 14 milyard 540 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.