Ötən il Azərbaycanda qaz istehlakı cüzi azalıb

2023-cü ildə Azərbaycanda təbii qazın istehlakı 13 milyard 439 milyon 700 min 969 kubmetr təşkil edib.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.

Bildirilib ki, bu da daha əvvəlki ilin göstəricisi ilə müqayisədə 94 milyon 270 min kubmetr və ya 0,7 % azdır.

Xatırladaq ki, 2022-ci ildə ölkədə ümumilikdə 13 milyard 533 milyon 971 min kubmetr təbii qaz istehlak olunub.

Digər xəbərlər