2022-ci il ərzində Azərbaycanda 134,3 min ton həcmində propilen, 134,7 min ton həcmində polietilen, 139,8 min ton həcmində etilen istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2022-ci ildə propilen istehsalının 128,7 min tonu əmtəəlik məhsulun payına düşüb.
Hesabat dövründə propilen istehsalı 8,3 %, əmtəəlik propilen istehsalı 6,1 % azalıb.
2022-ci il ərzində ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq illik müqayisədə 8,2 % və 7 % azalıb.