Ötən il Azərbaycan əhalisi 2,8 milyard manatlıq benzin və dizel alıb

2022-ci il ərzində Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 768,7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, satılan benzin və dizel yanacağın həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur.

Ötən il alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,3 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Qeyd edək ki, 2022-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,2 milyard manatlıq, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 %, qeyri-ərzaq malları üzrə 4 % artıb.

Digər xəbərlər