Ötən ay Azərbaycan karbamid ixracından gəlirini 14 dəfə artırıb

Bu ilin sentyabr ayında Azərbaycan 18,5 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 17,2 milyon ABŞ dolları və ya 14,2 dəfə çoxdur.

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 49,9 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 41,2 milyon ABŞ dolları və ya 5,73 % çoxdur.

Qeyd edək ki, azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Digər xəbərlər