OPEC Venesueladakı vəziyyətdən narahatdır

Bakı. 26 yanvar. REPORT.AZ/ "Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) Venesueladakı vəziyyəti böyük narahatlıqla izləyir".

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib. 

Onun sözlərinə görə, hələlik məlum hadisələrin qlobal neft bazarına necə təsir edəcəyi məlum deyil. 

O həmçinin əlavə edib ki, Venesuelanın neft naziri Manuel Kevedo ilə sıx əlaqədədir.

Digər xəbərlər

Lerikin 80 kəndi işıqsız qalıb 19 yanvar, 2026 / 12:23