OPEC+ apreldə müddətsiz əməkdaşlıq haqqında bəyannamə imzalaya bilər

Bakı. 7 fevral. REPORT.AZ/ OPEC+ ölkələri apreldə keçiriləcək nazirlər görüşündə müddətsiz əməkdaşlıq haqqında bəyannaməni nəzərdən keçirə bilər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

"Nazirlərin görüşü aprelə planlaşdırılıb. Buna görə də apreldə bunun nəzərdən keçirilməsi mümkündür", - A.Novak deyib.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 14 fevral, 2026 / 09:10